Azərbaycan gimnastları Bakıda keçirilən açıq çempionatda qızıl medallar qazanıblar

Azərbaycan gimnastları Bakıda keçirilən açıq çempionatda qızıl medallar qazanıblar backend

Azərbaycan gimnastı Oleq Stepko martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında ikinci qızıl medalını qazanıb.

Trend xəbər verir ki, idman gimastikası üzrə yarışlarda Stepko 14,933 bal toplayıb. Gümüş medalı daha bir azərbaycanlı 14,833 bal toplamış Pyotr Paxnyuk qazanıb. Bürünc medalı isə Xorvatiya təmsilçisi Filip Ude əldə edib (14,700 bal).

Azərbaycan üçün daha bir qızıl medalı təkanla tullanmada ən yaxşı nəticə göstərmiş gimnast Mariya Smirnova qazanıb. İki cəhdin cəmində Smirnova 13,266 bal toplayıb. İkinci yeri türkiyəli Demet Mutlu (13,050), üçüncü yeri isə norveçli Martin Skregelid (11,666) tutub.

Yarışların birinci gününün yekunlarına görə, Oleq Stepko idman gimnastikasında çöxnövçülükdə qızıl medal qazanıb, Pyotr Paxnyuk isə ikinci yeri tutub.
Diaspora