Danimarka Bakı 2015-də yarışacaq ilk beş idmançısını müəyyənləşdirdi

Danimarka Bakı 2015-də yarışacaq ilk beş idmançısını müəyyənləşdirdi backend

Danimarka Olimpiya Komitəsi (DOK) Bakı 2015-də yarışacaq ilk beş idmançının adını müəyyənləşdirib.

Trend I Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, Bakı 2015-in başlamasına 100 gün qalmış DOK Rene Holten Poulsenin avarçəkmə, Simone Tetşe Kristensenin BMX velosiped idmanı, Kasper Stenderupun triatlon, eləcə də Peter Kildeqard Andersen və Kristoffer Abellin çimərlik voleybolu üzrə Avropa Oyunlarında yarışacaqlarını elan elan edib.

“Danimarka komandasının Azərbaycanın paytaxtı Bakı şəhərində 17-yə yaxın idman növü üzrə 65 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır. İlkin kvintentin Danimarkaya medallar qazandıracağı gözlənilir”. Bunu Danimarka nümayəndə heyətinin rəhbəri Morten Rodtvit mətbuata açıqlamasında deyib. O, əlavə edib ki, Danimarka komandası Avropa Oyunlarında bir neçə idman növü üzrə yüksək potensiala malikdir.

R.Poulsen keçmiş dünya çempionudur və 2008-ci ildə Pekində gümüş medal qazanıb. S.Kristensen 2012-ci ilin BMX Avropa Çempionatında bürünc medal əldə edib. K.Stenderup isə dəfələrlə triatlon üzrə ölkə çempionu olub.

M.Rodtvit bildirib ki, Avropa Oyunları 2016-cı ildə Rio Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq: “Bakıda nə qədər peşəkar Avropa atletləri çıxış edərsə, Danimarka idmançılarının Rio 2016-cı Olimpiya Oyunlarına hansı səviyyədə hazırlıqlı olduqları bir o qədər məlum olacaq”.
Diaspora