“Qarabağ“ üçün iki sınaq

“Qarabağ“ üçün iki sınaq backend

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" təlim-məşq toplanışını bu gün yekunlaşdıracaq.

Qaziler.az bildirir ki, Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi son oyun günündə iki yoxlama görüşü keçirəcək.

Son Azərbaycan çempionu ilk öncə Avstriyanın “Admira Uaker” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı 18:15-də başlayacaq.

Qurban Qurbanovun komandası daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:15-də veriləcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gəlib.





23 yanvar

Yoxlama oyunları

18:15. “Qarabağ” (Azərbaycan) – “Admira Uaker” (Avstriya)

20:15. “Qarabağ” (Azərbaycan) – “Jagelloniya” (Polşa)
Diaspora