Madridin “Real” klubunun rəhbərliyi Kriştiano Ronaldoya qadağa qoyub. Axar.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı futbolçunun müntəzəm olaraq Mərakeşə səfər etməsini yasaqlayıb.
Ronaldonun hər gün məşqdən sonra bu ölkədə dostunun yanına getməsi və orada gecə həyatına meyllənməsi narazılıq doğurub. Klub Ronaldodan Mərakeşə səfər etmək vərdişindən əl çəkməsini tələb edib.