Naməlum şəxslər alman avtoyürüşçüsü Mixael Şumaxerin şəxsi həkimi Yoxannes Paylın noutbukunu oğurlayıblar. Qaziler.az saytı Lenta.ru-ya istinadən xəbər verir ki, oğrular klinikada həkimin otağına girərək kompyuterdən başqa, bir neçə yüz avro da götürüblər. Noutbukda Şumaxerə aid məlumatlardan başqa, digər məşhur idmançı haqqında da məlumat olub. Həkim hansı idmançı haqqında məlumatın cinayətkarların əlinə keçdiyini hələ müəyyənləşdirə bilməyib. Polis araşdırmalar aparır.
Xatırladaq ki, keçən ilin yayında İsveçrə hava təcili yardımının əməkdaşı Şumaxerin tibbi vərəqəsini satmaq məqsədilə oğurlamışdı. Polis onu yaxalayanda şübhəli şəxs özünü asmışdı.Qeyd edək ki, Mixael Şumaxer hal – hazırda İsveçrədəki evində başından aldığı ağır zədəyə görə reabilitasiya kursu keçir.