AFFA və “İnter” hesablaşdı

AFFA və “İnter” hesablaşdı backend

“İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya – 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) – 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait – 38.970 avro) təşkil edir.


“İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.
Diaspora