Azərbaycanda işləmiş məşqçi Ermənistan klubunda

Azərbaycanda işləmiş məşqçi Ermənistan klubunda backend

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın yeni iş yeri müəyyənləşib. Qol.Az-ın "Sport-ekspress"ə istinadən yaydığı xəbərə görə, 46 yaşlı mütəxəssis Ermənistanın “Mika” klubunu çalışdıracaq.

Tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.

Xatırladaq ki, Bakı “İnter”i 2011-ci ildə “Birlik Kuboku”nda “Mika”nı 4:0 hesabı ilə məğlub etmişdi. Komanda hazırda Ermənistan çempionatında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, futbolçu karyerasında Kiyev “Dinamo”su, “Benfika”, “Porto”, Moskva “Spartak”ı kimi komandaların şərəfini qorumuş Sergey Yuran 2011/2012 mövsümündə “Simurq”da çalışıb.
Diaspora