Maliyyə problemləri səbəbindən dağılma təhlükəsi ilə üz-üzə qalan “Rəvan”da vəziyyət daha da ağırlaşır. Apasport.az futbolinfo.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin uşaq komandaları başsız qalıb.
Əldə etdiyimiz məlumata görə, Nuru Əliyevin klubunda uşaq komandalarına rəhbərlik edən məşqçilərin əksətiyyəti vəzifəsindən gedib. Buna səbəb onların maaş ala bilməmələridi. Yalnız 19 yaşlılardan ibarət komandaya rəhbərlik edən Zamin Əsədullayev hələ ki, postundadı.
Hazırda klub rəhbərliyi təcrübə üçün pulsuz işləyəcək məşqçi axtarışındadı.