İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. Trend-in məlumatına görə, “Barselona” ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi “Vilyareal”ın qonağı olub.
Oyunda hesabı kataloniyalılar açıblar – 3-cü dəqiqədə Neymar fərqlənib. Meydan sahibləri birinci hissənin sonlarında Dos Santosun qolu ilə hesabı bərabərləşdiriblər. Lakin 65-ci dəqiqədə Pinanın qırmızı vərəqə alması ilə azlıqda qalan “Vilyareal”ın bundan artığına gücü çatmayıb. Əvəzində əvvəlcə 73-cü dəqiqədə Suarez, 88-ci dəqiqədə isə yenidən Neymar fərqlənib – 1:3.Beləliklə, “Barselona” İspaniya kubokunun finalına yüksəlib. Finalda onun rəqibi “Espanyol” – “Atletik” görüşünün qalibi olacaq.