FİFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı verib.
Qaziler.az xəbər verir ki, AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatda FİFA prezidentinin səlahiyyətlərini icra edən İssa Hayatounun imzaladığı məktubda “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin vəfatının beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirdiyi bildirilir, mərhumun ailəsi və onu sevənlərə dərin hüznlə başsağlığı verilir.