“Xəzər Lənkəran“ iki futbolçusunu klubdan qovub

“Xəzər Lənkəran“ iki futbolçusunu klubdan qovub backend

“Xəzər Lənkəran” iki futbolçusunu klubdan uzaqlaşdırıb.

Qaziler.az-ın məlumatına görə, "Report" klubun saytına istinadən xəbər verir ki, Elvin Mirzəyev və Kazım Kazımlı futbol klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduqlarına görə komandadan qovulublar.

"Digər üç futbolçumuz Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Qeyd edirik ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir", - deyə klubun məlumatında bildirilir.
Diaspora