Devid Bekhemin oğlu “Mançestr Yunayted”ə gəliə bilər

Devid Bekhemin oğlu “Mançestr Yunayted”ə  gəliə bilər backend

“Mançestr Yunayted”in və İngiltərə yıgmasının keçmiş yarımmüdafiəçisi Devid Bekhemin böyük oğlu Bruklin ilə bu futbol klubu arasında yaxın zamanlarda müqavilə imzalana bilər. Onun yayda “Old Trafford”a keçəcəyi gözlənilir.

Qazilər.az saytının news.ru-ya istinadən bildirdiyinə görə 15 yaşlı Bekhem hazırda Londonun “Arsenal” klubunun gənclər komandasında oynayır.

Premyer-liqanın bir neçə klubu kiçik Bekhemle müqavilə imzalamağa hazır olsa da o, çox güman ki, atasının yolu ilə gedərək “Mançestr Yunayted”lə razılaşacaq.

Bekhemin digər iki oğlu – Romeo və Kruz da “Arsenal” klubundadırlar. On yaşlı Kruzun digər iki qardaşdan daha perspektivli olduğu bildirilir.
Diaspora