FİFA-nın "Real"a qoyduğu transfer qadağasına səbəb olan səkkiz futbolçudan ikisi komandanın baş məşqçisi Zinəddin Zidanın oğulları imiş.
Qaziler.az bidirir ki, bunu “Real”ın icraçı direktoru Xose Anxel Sançes (José Ángel Sánchez) mətbuat konfransında deyib.Amma Sançes FİFA-nın verdiyi cəzanın düzgün olmadığını da bildirib.
O transferi zamanı heç bir pozuntuya yola verilmədiyini deyib.
FİFA 18 yaşına çatmayan futbolçuların transferi zamanı baş verən pozuntulara görə “Real” və “ Atletiko” klublarını cəzalandırıb.
Belə ki, bu klublar yayda və gələn qış yeni futbolçu ala bilməyəcəklər.
Bundan başqa "Atletiko" 900, "Real" isə 360 min İsveçrə frankı məbləğində cərimə edilib.
Xatırladaq ki, "Barselona" klubu da bundan əvvəl eyni cəzaya görə Arda Turanla və Aleys Vidalı oynada bilmirdi.