Bu gün 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.
Qaziler.az bildirir ki, Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdı FİFA-nın sorğusuna əsasən, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ötən ilin ən yaxşı seçilib. O, səsvermədə Madrid "Real"ından Kriştiano Ronaldo, "Barselona"dan Neymarı qabaqlayıb.Bununla da Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.
Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.