Türkiyədə 19 yaşlı futbolçu ölüb.
Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Kayseri şəhərində həvəskarlar liqasında çıxış edən “Argıncıkspor” klubunun futbolçusu Duran Orxan səhər yeməyi zamanı qəfildən keçinib. Onun qəbul etdiyi qida nəfəs borusunu tutub. Valideynləri tərəfindən xəstəxanaya çatdıran gəncin həyatını xilas etmək mümkün olmayıb.