«Neftçi»nin veteranı vəfat etdi

«Neftçi»nin veteranı vəfat etdi backend

Tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

Qaziler.az APA xəbər verir ki, uzun illər «Neftçi»nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra yanvarın 8-də 75 yaşında vəfat edib.

Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev «Neftçi» ilə yanaşı, Moskva «Dinamo»su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.


Diaspora