Türkiyə millisinin ulduz futbolçusu Arda Turan “Barselona”da ilk matçına çıxıb. Axar.az-ın məlumatına görə, bu münasibətlə “Barselona” azarkeşləri tərəfindən türk futbolçu üçün video çarx hazırlanıb.
Kadrlarda futbolçunun “Espanyol”a qarşı oyunda etdiyi jestlər, fəndlər və fəallığı nümayiş etdirilib. 28 yaşlı futbolçu 68-ci dəqiqədə əvəzlənib. Onun komandası 4:1 qalib gəlib.
Arda ilk oyunla bağlı təssüratlarını bölüşüb: “Təbii ki, ilk oyunlarda müəyyən həyəcan olur. Ancaq çox rahat idim. Hesabda geri düşsək də, sonda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Messi ilə aramızdakı dialoqa gəlincə, onunla zarafatım var. Qoldan sonra da qulağıma zarafatla bəzi şeylər dedi. Nə söylədiyi isə qoy sirr qalsın”.