Bu gün “Ağ Pele“nin ad günüdür

Bu gün “Ağ Pele“nin ad günüdür backend

Bu gün dünya futbolunun əfsanələrindən olan Artur Zikonun doğum günüdür. “Ağ Pele” ləqəbi ilə tanınan keçmiş “10 nömrə” 62 yaşını tamamlayır. Zikonun futbolçu karyerasının əsas hissəsi “Flamenqo” ilə bağlıdı. 1971-83 və 1985-89-cu illərdə bu klubun formasını geyinmiş sabiq yarımmüdafiəçi aradakı 2 ili İtaliyada, daha dəqiq desək, “Udineze”də keçirib. Sonuncu dayanacağı isə Yaponiya təmsilçisi “Kaşima Antlers” olub.

1994-cü ildə butslarını mismardan asan Ziko məşqçilik karyerasına futbolla vidalaşdığı klubda başlayıb. 1999-cu ildə “Kaşima Antlers”in sükanı arxasına keçən Zikonun burdakı fəaliyyəti çox çəkməyib. Sonrakı illərdə Yaponiya və İraq millilərini də çalışdıran “sambaçı” həmçinin “Fənərbağça” (Türkiyə), “Bunyodkor” (Özbəkistan), ÇSKA (Moskva, Rusiya), “Olimpiakos” (Yunanıstan), “Əl-Qarafa” (Qətər) klublarına da başçılıq edib. Ötən ildən etibarən isə Hindistanın “Qoa” klubunun sükanı arxasındadı. Braziliya yığmasında 72 oyunda 52 qola imza atan Ziko 3 dünya çempionatının iştirakçısıdı. 1978, 1982 və 1986-cı illərdəki mundiallara qatılan “10 nömrə”nin dünya çempionatlarında ən böyük uğuru bürünc medalla kifayətlənir. 1978-ci ildə Zikonun da heyətində yer aldığı Braziliya millisi dünya üçüncüsü olub.
Diaspora