UEFA Avropa Liqası çərçivəsində İsrailin "Hapoel Beer-Şeva" komandasını Gürcüstanda qəbul edən "Beşiktaş"ın azarkeşləri tribunada Fələstin bayrağı açıblar. Bundan sonra polis müdaxilə edib.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, Batumidə həm stadionun daxilində, həm də xaricində "Beşiktaş" azarkeşlərinə qarşı müdaxilələr olub.
Məlumata görə, stadiondan kənarda gürcü hərbçiləri bəzi azarkeşləri huşlarını itirənədək döyüblər.