İtaliya A seriyasının 18-ci turunda “Verona” üzərində qələbə qazanan “Yuventus” (3:0) rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bu qələbə “qoca sinyora”nın A seriyası tarixində 1500-cü sevincidi.
Bu göstərici ilə turinlilər A seriyası tarixinin ən çox qələbə qazanan klubu olublar.Qeyd edək ki, “Yuventus” 18 oyundan sonra topladığı 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.