Çində Ronaldonun ən hündür heykəli olan muzey açıldı – FOTO/VİDEO

Çində Ronaldonun ən hündür heykəli olan muzey açıldı – FOTO/VİDEO backend

Şanxayda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun heykəlinin ucaldıldığı muzeyi açılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Abidənin hündürlüyü 7 metrdir. Qeyd olunur ki, bu, Ronaldonun dünyada ən hündür heykəlidir. Abidə Ronaldonun məşhur "Siuuu" qol sevincini əks etdirir və Şanxayın məşhur piyada küçəsi olan Şərqi Nankin (East Nanjing Road) küçəsində quraşdırılıb.

Açılış mərasimində futbolçunun böyük qardaşı Uqu Aveyru da iştirak edib.

QAZİLER.AZ