İlham Zəkiyev Misirdə keçirilən yarışda bürünc medal qazanıb - FOTO 

İlham Zəkiyev Misirdə keçirilən yarışda bürünc medal qazanıb - FOTO  backend

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal əldə edib.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

İdmançımız J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparıb.

İlham Zəkiyev 1/8 final mərhələsində britaniyalı Den İnqliş üzərində qələbə qazansa da, 1/4 finalda moldovalı İan Basokaya məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu məğlub edən idmançımız bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbek üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.