Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın yeni prezidenti postuna üç namizədin adını elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Yekun siyahıya FİFA-nın hazırkı rəhbəri Canni İnfantino, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kodzo Taşima daxil olub.
Qeyd edək ki, FİFA-ya prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşdə keçiriləcək konqresdə baş tutacaq.
QAZİLER.AZ

