Əfsanəvi futbolçu Dino Sani dünyasını dəyişdi

Əfsanəvi futbolçu Dino Sani dünyasını dəyişdi backend

Braziliya millisinin heyətində 1958-ci ilin futbol üzrə dünya çempionu olmuş Dino Sani 95 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 16-da Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayıb.

"Futbol federasiyası San-Paulu futbol tarixinin ən böyük kumirlərindən biri olan Dino Saninin vəfatından dərin kədər hissi keçirir", — deyə qurumun "Instagram" səhifəsindəki açıqlamasında bildirilir.

Dino Sani İsveçdə keçirilən turnirdə Braziliya tarixində ilk dəfə dünya çempionu titulunu qazanan milli komandanın heyətində yer alıb.

O, həmçinin yığma ilə birlikdə iki dəfə Amerika Kubokunun gümüş medallarını qazanıb.

QAZİLER.AZ