Şənbə günü Danimarka ilə Millətlər Liqası oyununda bütün portuqaliyalı futbolçular meydana Ronaldonun məşhur 7 nömrəli forması ilə çıxacaqlar.
Qaziler.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Qərarı federasiya prezidenti Pedru Proensa, baş məşqçi Jorje Jezus və kapitanlar Bernardu Silva, Ruben Diaş və Bruno Fernandeş birlikdə veriblər. Oyunun 7-ci dəqiqəsində isə stadionda xüsusi anma anı olacaq.
Üstəlik, millinin bazasında Ronaldonun həmişə qaldığı otaq bu toplanışda boş saxlanılıb.
Ronaldo milli komandada 23 il ərzində 234 oyunda 146 qol vurub.
Matç şənbə günü Bakı vaxtı ilə 23:45-də Braqada keçiriləcək.
Qeyd edək ki, "Əl-Nəsr" klubunun 41 yaşlı hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
QAZİLER.AZ

