Rusiya yığması Avropa çempionatına qatılmaqdan imtina etdi: Bayraq və himn olmadan olmaz

Rusiya yığması Avropa çempionatına qatılmaqdan imtina etdi: Bayraq və himn olmadan olmaz backend

Rusiya millisi oktyabrın 15-dən 24-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində iştirak etməyəcək.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 13-də Rusiya Boks Federasiyasının baş katibi Aleksandr Besputin məlumat verib.

Qərar Xorvatiyanın Turizm və İdman Nazirliyinin Rusiya komandasının bayraqsız və himnsiz çıxış etməsi ilə bağlı israrlı mövqeyi, eləcə də nümayəndə heyətinin üzvlərinə viza verilməməsi səbəbindən qəbul olunub.

"Biz qəti mövqeyimizi dəfələrlə bəyan etmişik: Rusiyanın bayrağı və himni olmadan beynəlxalq yarışlarda heç bir iştirakdan söhbət gedə bilməz. Çox təəssüf ki, xorvatiyalı məmurlar üçün siyasət yenidən idmandan üstün oldu. Bu uzaqgörən olmayan qərardan idmanda yoluna yenicə başlayan yeniyetmələrin zərər çəkməsi isə ikiqat təəssüf doğurur", — deyə Besputin "RİA Novosti" agentliyinə bildirib.

QAZİLER.AZ