Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun 41 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İngiltərə futbolundan bəhs edən serialın çəkilişləri barədə məlumat verib.
Qaziler.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Ronaldonun yazdığına görə, futbolçu ekran işinin prodüseri kimi çıxış edir.
Serialın istehsalı ilə Ronaldo və prodüser Metyu Vonun rəhbərlik etdiyi "UR•Marv Studios" şirkəti məşğul olur. Layihədə baş rolu Demien Lüis canlandıracaq.
Çəkilişlərdə həmçinin Ronaldonun özü və Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri də iştirak edəcəklər.
QAZİLER.AZ

