"Mançester Siti" baş məşqçisi Manuel Pelleqrini ilə mövsümün sonu yolları ayıra bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis "Mançester Siti"ə qalmaq üçün bu mövsüm Çempionlar Liqası və İngiltərə Premyer Liqasının kubokunu qazanmalıdır. Əks təqdirdə, onun istefaya göndəriləcəyi bildirilib.Qeyd edək ki, M.Pelleqrinin yerinə namizədlərin Pep Qvardiola və Rafael Benitez olduğu iddia edilir.