Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə Turində "Yuventus"una rəhbərlik edə biləcəyini istisna etməyib.
Qaziler.az xəbər verir ki, bu barədə “RMC Sport” yazır.
"Gələcəkdə "Yuventus"un baş məşqçisi olmaq? Niyə də yox? Marçello Lippi mənə həmişə irəli getməyin vacib olduğunu öyrətdi. Turinə gələndə o qədər də yaxşı oynamırdım, buna görə də mətbuat və azarkeşlər bu səviyyəyə hazır olmadığımı düşünürdülər. Lippi dedi ki, onun rəhbərliyi altında oynamalıyam və mən bu təzyiqə tab gətirməyi bacardım.
Lippinin vaxtında biz hər gün 30 dəqiqə taktika üzərində işləyirdik. Bəzən şikayətlənirdim, çünki həmişə topu almaq və özümdə saxlamaq istəyirdim, amma taktika başqa şey tələb edirdi. Məşqçilər əsl taktika ustaları idilər", — deyə nəşr Zidanın sözlərini sitat gətirib.
Qeyd edək ki, Zidan 1996–2001-ci illərdə "Yuventus"un şərəfini qoruyub.
QAZİLER.AZ

