Türkiyənin "Qalatasaray" futbol klubu yeni ildə ilk transferini reallaşdırıb.
Qaziler.az-ın xəbərinə görə, Trend klubun saytına istinadən məlumat verir ki, "Kasımpaşa"nın hollandiyalı müdafiəçisi Rayan Henk Donk İstanbul komandasının heyətinə cəlb edilib. Bu transferə görə "Qalatasaray" 2,5 milyon avro təzminat ödəyib.Futbolçu ilə imzalanan müqavilənin müddəti 2 il yarımdır.