Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu elan etdi

Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu elan etdi backend

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub.

Qaziler.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ronaldo 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. O, 2016-cı ildə komanda ilə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

Təcrübəli forvard son olaraq UEFA Millətlər Liqasında Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.