Avstriya 2027-ci ildə hokkey üzrə dünya çempionatında Rusiya yığması ilə oyunları boykot edən yeddinci Avropa ölkəsi olub.
"VOL.AT" nəşrinin yaydığı məlumata görə, Avstriya Hokkey Federasiyasının idarəedici direktoru Aleksandr Helviq rusiyalılara qarşı oynamağın qəbulolunmaz olduğunu bəyan edib. "Hazırda biz heç bir halda Rusiyaya qarşı oynamayacağıq. Bununla belə, maya qədər vəziyyət, əlbəttə ki, dəyişə bilər", – deyə o əlavə edib.
Çərşənbə günü, noyabrın 4-də Avropa ölkələrinin rusiyalılarla matçları boykot etmək qərarını Rusiya millisinin sabiq oyunçusu Maksim Suşinski şərh edib. "Axmaqlar. Bunu başqa nə ilə bağlamaq olar?" – deyə o qeyd edib.

