Qazaxıstan milli komandasının qapıçısı Nikita Boyarkin XHL-də qol vuraraq "şat-aut"a imza atıb.
Qazaxıstan milli komandasının qapıçısı Nikita Boyarkin Kontinental Hokkey Liqasında (XHL) qol vurub və SКА-ya qarşı matçda qapısını toxunulmaz saxlayıb ("şat-aut").
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyinin müxbiri xəbər verir.
Kontinental Hokkey Liqasının oyununda nadir hadisə qeydə alınıb: qazaxıstanlı qapıçı Nikita Boyarkin Sankt-Peterburqun SКА komandası ilə matçda qola imza atıb, onun çıxış etdiyi Vladivostokun "Admiral" klubu isə 4:0 hesabı ilə qələbə qazanıb.
Qazaxıstanlı qapıçının adı yazılan qol matçın sonuncu hissəsində vurulub. Həmin an "Admiral" 3:0 hesabı ilə irəlidə olub. SКА komandası çoxluqda hücum gücünü artırmaq üçün qapıçısını altıncı meydan oyunçusu ilə əvəzləyib.
Hücumun qurulması zamanı peterburquların ötürməsi dəqiq alınmayıb və hokkey diski onların boş qalan qapısına daxil olub.
Bu məqamadək diska sonuncu toxunan "Admiral" üzvü Boyarkin olduğu üçün qol rəsmi olaraq qazaxıstanlı qapıçının aktivinə yazılıb.
Bu qol qapıçının qarşılaşmadakı yeganə uğuru olmayıb: məhsuldar addımla yanaşı, Nikita Boyarkin rəqibin 39 zərbəsinin hamısını uğurla dəf edərək "şat-aut" rəsmiləşdirib.
QAZİLER.AZ

