“Ronaldo qol vurmaq ehtirası ilə yaşayan çempiondur..."

“Ronaldo qol vurmaq ehtirası ilə yaşayan çempiondur..." backend

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun keçmiş baş məşqçisi Stefano Pioli hücumçu Kriştiano Ronaldonun qol vurmaq ideyasına aludə olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Notícias ao Minuto” nəşri məlumat yayıb.

"Əgər onu məşq etdirməmisinizsə, onun nə qədər böyük olduğunu anlaya bilməzsiniz. O, qol vurmaq ehtirası ilə yaşayan (aludə olan) bir çempiondur. Eyni zamanda, davranışlarında çox hörmətcildir", — deyə Pioli qeyd edib.

Qeyd edək ki, oktyabr ayında milli komandaların oyunları üçün yaranan fasilədə Ronaldonun Portuqaliya yığmasının baş məşqçisi Jorje Jesuş ilə münaqişəsi yaranıb. Ronaldo məşqçi ilə mübahisə etdiyinə görə milli komandanın düşərgəsini özbaşına tərk edib.

Nəticədə, düşərgəni tərk etdiyi üçün futbolçu 255 avro məbləğində cərimələnib və bir aylıq diskvalifikasiya edilib. Bu müddət ərzində o, milli komandada oynaya bilməyəcək.

QAZİLER.AZ