Portuqaliya Ronaldonun milliyə qayıtması üçün bu addımı atdı

Portuqaliya Ronaldonun milliyə qayıtması üçün bu addımı atdı backend

Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldonun Portuqaliya milli komandasına buraxılması xahişi ilə "Əl-Nəsr" klubuna rəsmi məktub göndərib.

Qaziler.az xəbər verir ki, bu barədə "Ariyadhiah" məlumat yayıb.

Qeyd edək ki, noyabrın 14-də Portuqaliya millisi Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. Noyabrın 17-də isə portuqaliyalılar Uelslə üz-üzə gələcəklər.

Milli komandaların oktyabr oyunları üçün verilən fasilədə Ronaldonun Portuqaliya yığmasının baş məşqçisi Jorje Jesusla münaqişəsi yaranmışdı. Ronaldo məşqçi ilə mübahisə etdiyinə görə milli komandanın düşərgəsini özbaşına tərk etmişdi. Belə ki, 41 yaşlı futbolçu məşqçinin qərarı ilə Millətlər Liqasında Norveçə qarşı oyunda heyətə daxil edilmədikdən sonra yığmanın son üç məşqini buraxmış və şəxsi təyyarəsi ilə ölkəni tərk etmişdi.

Nəticədə, futbolçu komandadan getdiyinə görə 225 avro məbləğində cərimələnmiş və bir aylıq diskvalifikasiya olunmuşdu.

QAZİLER.AZ