"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Fənərbağça" klubunun potensial çalışdırıcıları sırasında yer alıb.
Qaziler.az xəbər verir ki, türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler İstanbul təmsilçisində İsmail Kartalın ayrılmasından sonra mümkün namizədlərin adlarını açıqlayıb.
Onun sözlərinə görə, siyahıda Qurban Qurbanovla yanaşı, Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Demirel də var.
Qeyd edək ki, "Fənərbağça" İsmail Kartalın ayrılmasından sonra Dirk Kaytı müvəqqəti olaraq əsas komandanın rəhbərliyinə təyin edib.
Oxu.az

