Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında bilet və VİP paketlərin satışından təxminən 5 milyard dollar gəlir əldə edib.
Qaziler.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu məbləğ təşkilatın gözlədiyi 3,3 milyard dolları xeyli üstələyib, turnirin ümumi gəliri isə 15 milyard dollar təşkil edib. FİFA bilet satışından 2022-ci ildə Qatarda keçirilən dünya çempionatı ilə müqayisədə beş dəfə çox qazanc əldə edib (Qatarda bu göstərici 929 milyon dollar idi).
FİFA hələ ki bu məbləği rəsmən təsdiqləməyib. Yekun göstəricilər qurumun növbəti illik hesabatında dərc olunacaq.
2026-cı il dünya çempionatı 11 iyun — 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin qalibi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.
DÇ-2026 tarixdə ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirakı ilə baş tutub. FİFA tərəfindən qəbul edilən bu format iştirakçı ölkələrin coğrafiyasını genişləndirməyə imkan verib və turnirə 40 əlavə oyun əlavə edərək matçların ümumi sayını 104-ə çatdırıb. Bununla yanaşı, Canni İnfantino təşkilatın komanda sayını gələcəkdə 64-ə çatdırmaq imkanlarını da nəzərdən keçirdiyini açıqlayıb.
QAZİLER.AZ

