UEFA Belarusun şikayəti əsasında Finlandiyanı cəzalandırdı

UEFA Belarusun şikayəti əsasında Finlandiyanı cəzalandırdı backend

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Belarusa qarşı keçirilən ev oyununda yol verilən qayda pozuntularına görə Finlandiya Futbol Assosiasiyasını 30 min avro məbləğində cərimələyib.

Qaziler.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb.

Ümumi məbləğin 10 min avrosu dövlət himnlərinin səsləndirilməsi zamanı asayişin pozulmasına görə tətbiq edilib. Daha 20 min avro isə idman tədbirinin xarakterinə uyğun gəlməyən mesajların nümayiş etdirilməsinə görə kəsilən cərimə olub.

Araşdırmaya səbəb Belarus Futbol Federasiyasının (ABFF) müraciəti olub. Qurum tribunalarda siyasi və təxribat xarakterli materialların yer almasına diqqət çəkib.

QAZİLER.AZ