Reklam zarafatı Mbappeyə baha başa gəldi

Reklam zarafatı Mbappeyə baha başa gəldi backend

Çin Mərkəzi Televiziyası Madridin "Real" klubunun fransalı hücumçusu Kilian Mbappenin iştirak etdiyi İspaniya futbol çempionatı oyunlarının yayımını müvəqqəti olaraq dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Dərc olunmuş məlumata əsasən, televiziya Mbappenin iştirak etdiyi bütün reklamları da silib. Çin Mərkəzi Televiziyasının saytından fransalı oyunçuya aid bütün məlumatlar və onun adı kənarlaşdırılıb.

Belə ki, hər şey sosial şəbəkələrdə yayılan bir videoçarxa görə baş verib. Həmin videoda Mbappe öz simasının "hansısa bir adamın – deyəsən, Çin diktatorunun" təsviri üzərinə yerləşdirildiyi memi ən gülməli mem adlandırıb. Söhbətin Mao Tszedundan getdiyi ehtimal olunur. Hadisədən qısa müddət sonra Çinin "Dongpeng" və "Mengniu" şirkətləri milli hissləri təhqir edən hərəkətlərə qarşı sıfır dözümlülük siyasətini əsas gətirərək, hücumçu ilə reklam müqavilələrini ləğv ediblər.

Xatırladaq ki, Mbappe 26 oktyabrda keçirilən "Qızıl top – 2026" səsverməsində İngiltərə millisinin və Münhen "Bavariya"sının hücumçusu Harri Keynə uduzub. Fransalı futbolçu karyerası ərzində hələ bir dəfə də olsun futbolda bu mükafatı qazana bilməyib.

QAZİLER.AZ