U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - YENİLƏNİB

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - YENİLƏNİB backend

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

 

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti matçını keçirib.

 

Yığma saat 12:45-də Andorra ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Famil Xəlilovun yetirmələri qələbə qazanmağı bacarıblar.

 

Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

 

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

 

***

 

09:36

 

 

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

 

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.

 

Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

 

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.