Portuqaliyalı futbolçu Kriştiano Ronaldo fəaliyyətini davam etdirən idmançılar arasında 2 milyard dollardan çox qazanan ilk şəxs olub.
Qaziler.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Hesablamaya vergilər və agentlərə edilən ödənişlər xaric olmaqla maaşlar, mükafatlar, reklam gəlirləri və biznesdən gələn qazanclar daxildir.
Ronaldo milli komandada vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır: onun aktivində 233 rəsmi qarşılaşmada 146 qol var.
Qeyd edək ki, Ronaldonun 1000-ci qolunu vurmağa 18 qolu qalıb.
QAZİLER.AZ

