Ronaldo 982-ci qolunu vurdu – 1000-ə nə qaldı?

Ronaldo 982-ci qolunu vurdu – 1000-ə nə qaldı? backend

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Pro Liqasının 10-cu turunda "Əl-Feysəli"yə qarşı keçirilən matçda karyerasının 982-ci qoluna imza atıb.

Qaziler.az bu barədə “Reuters”ə istinadla yazır.

Hücumçu qarşılaşmanın 49-cu dəqiqəsində həmyerlisi Joau Feliksin ötürməsindən sonra fərqlənib. Bu qol "Əl-Nəsr"in səfərdə 3:1 hesablı qələbə qazanmasına kömək edib.

10 turdan sonra Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu 25 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo milli komandada vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır: onun aktivində 233 rəsmi matçda 146 qol var. Portuqaliyanın Dünya Kubokundakı ən yaxşı nailiyyəti 2006-cı ildə dördüncü yeri tutmasıdır. Ronaldo o vaxt artıq milli komandada oynayırdı.

QAZİLER.AZ