Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi açıqlanıb

Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi açıqlanıb backend

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

Qaziler.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.

Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.