“Kriştiano əsl Ronaldonun yalnız yarısıdır...”

“Kriştiano əsl Ronaldonun yalnız yarısıdır...” backend

Keçmiş italyan hücumçu Antonio Kassano braziliyalı futbolçu Ronaldonu portuqaliyalı Kriştiano Ronaldodan üstün tutub.

Qaziler.az xəbər verir ki, onun sözlərini "EuroFoot" yayıb.

"Mənə Ronaldo Nazario ilə eyni komandada oynamaq bəxti nəsib olub. Mən heç vaxt onun kimisini görməmişəm. Əsl Ronaldo o idi, Ronaldo Nazarionun etdiklərinin yalnız yarısını edə bilən Kriştianu yox", — Kassano bildirib.

Qeyd edək ki, milli komandaların oyunları ilə bağlı yaranan fasilədə Ronaldo ilə Portuqaliya yığmasının baş məşqçisi Jorje Jejuş arasında münaqişə baş verib. Ronaldo məşqçi ilə mübahisə etdiyinə görə millinin düşərgəsini özbaşına tərk edib. Daha sonra 41 yaşlı futbolçu hava limanına yollanıb və oradan şəxsi təyyarəsi ilə uçub.

Nəticədə, futbolçu düşərgəni tərk etdiyinə görə 225 avro məbləğində cərimələnib və bir aylıq diskvalifikasiya olunub. Belə ki, bu müddət ərzində o, milli komandada oynaya bilməyəcək.

QAZİLER.AZ