UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Sabah"ı 1:2 hesabı ilə məğlub edən "Borussiya Dortmund"un futbolçuları oyundan sonra Bakı Olimpiya Stadionunda duş qəbul etməyiblər.
Qaziler.az xəbər verir ki, Almaniyanın "Bild" nəşrinin məlumatına görə, buna səbəb stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyi ilə bağlı ehtimal olub.
Nəşrin yazdığına görə, Almaniya klubu futbolçuların sağlamlığını riskə atmamaq üçün onların stadionda duş qəbul etməməsinə qərar verib. Komanda üzvləri qarşılaşmadan sonra birbaşa avtobusla hotelə yollanıblar.
"Borussiya Dortmund"un baş məşqçisi Niko Kovaç bildirib ki, futbolçulara stadionda deyil, hoteldə duş qəbul etmək tapşırılıb. O, komandanın oyundan əvvəlki məşqdən sonra da stadionun duşlarından istifadə etmədiyini söyləyib.
Oxu.az

