"Sabah" bu gün "Borussiya" ilə üz-üzə gələcək

"Sabah" bu gün "Borussiya" ilə üz-üzə gələcək backend

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qaziler.az bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.

Xatırladaq ki, "Sabah" hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.