"Real Madrid"in "Sevilya"nı 4:1 hesabı ilə məğlub etdiyi matçda türkiyəli ulduz Arda Gülerin rəqib oyunçu Pekeyə (Peque) qarşı hərəkəti böyük qalmaqala səbəb olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Sevilya" cəbhəsi milli futbolçunun qırmızı vərəqə almalı olduğunu qeyd edərək matçın baş hakimi Buskets Ferrer (Busquets Ferrer) və VAR sisteminə sərt etiraz bildirib.
Qonaq komandanın iddiasına görə, Arda Güler Pekeyə qəsdən dirsək atıb, lakin referi qayda pozuntusuna görə cəza tətbiq etməyib və VAR da müdaxilə etməyib. "Sevilya"nın baş məşqçisi Luis Qarsiya Plaza (Luis García Plaza) epizodun "çox dəqiq qırmızı vərəqə" olduğunu bildirərək hakimləri kəskin tənqid edib.
Bu mübahisəli epizoddan cəmi bir neçə dəqiqə sonra – matçın 30-cu dəqiqəsində meydanda qalan Arda Güler hesabı açaraq "Real Madrid"i önə keçirib. "Santyaqo Bernabeu"da keçirilən qarşılaşma Kilian Mbappenin (Kylian Mbappe) iki və Yan Diomandeni (Yan Diomande) bir qolu ilə Madrid klubunun 4:1 hesablı darmadağını ilə başa çatıb. "Sevilya"nın təsəlli qolunu isə Manu Bueno vurub.
QAZİLER.AZ

