Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb.
Qaziler.az "lent.az"a istinadla xəbər verir ki, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib.
Kitabın təqdimatı zamanı Elma qardaşının təcrübələrindən danışıb və onun milli komandadan ayrılması ilə bağlı vəziyyətin çox ciddiləşdiyini bildirib.
"Onun geri qayıtmama ehtimalı daha böyükdür. Düşünürəm ki, həm Ronaldo, həm də Jesus bu vəziyyətdən narahatdırlar. Onlar özləri də bundan keçiblər və mən qardaşımın adından danışıram.
Düşünürəm ki, işlər çıxılmaz vəziyyətə düşüb. Görək bundan sonra nə olacaq. Vəziyyət olduqca çətindir. Xəyanətə uğradığımız zaman əvvəlki vəziyyətə qayıtmaq çox çətindir", - Aveyro bildirib.
Futbolçunun bacısının fikrincə, Kriştianonun milli komandanın tarixinə verdiyi töhfə Portuqaliyada kifayət qədər qiymətləndirilmir. O, hücumçunun nailiyyətlərinin sadəcə mövcud mübahisələrə görə unudulmamalı olduğuna əmindir.
"Kədərliyəm, çünki portuqaliyalılar təəssüf ki, artıq əldə edilmiş hər şeyi unudurlar və indi hər şeyin fərqli olmalı olduğunu düşünürlər", - Elma qeyd edib.
O, həmçinin etiraf edib ki, qardaşının nələrdən keçdiyini izləmək onu ağrıdır.
"Söz tapa bilmirəm. Qardaşımın bu vəziyyətdən keçdiyini görmək inanılmaz dərəcədə çətindir. O, ən azından başına gələnlərə layiq deyil", - futbolçunun bacısı əlavə edib.
Xatırladaq ki, Kriştiano Ronaldo baş məşqçi Jorje Jesusla münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini könüllü olaraq tərk edib. İlkin məlumatlara görə, buna səbəb məşqçinin oyunçu ilə şəxsi razılaşmalarını pozması ilə bağlı iki hal olub.
Daha sonra hücumçu baş məşqçi ilə münaqişə ilə bağlı hadisələrlə bağlı öz versiyasını bölüşüb.

