"İnter Mayami"nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik yaxta sifariş edib.
Qaziler.az xəbər verir ki, bu barədə istehsalçı şirkət “Sunreef Yachts” məlumat yayıb.
Şirkət sifarişin qiymətini açıqlamayıb, gəmi hazırda BƏƏ-dəki gəmiqayırma zavodunda tikilir.
Qeyd edək ki, oktyabrın 7-nə keçən gecə Messi Argentina millisinin heyətində son oyununu keçirib. Beninə qarşı matç 3:0 hesabı ilə başa çatıb. Qolları Nikolas Otamendi və Niko Pas vurublar. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Hücumçu həmçinin iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, avqustun 31-də Messi rəsmi olaraq Argentina milli komandasındakı karyerasını başa vurduğunu elan etmişdi.
QAZİLER.AZ

