Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo argentinalı forvard Lionel Messi ilə münasibətləri haqqında danışaraq, birgə qatıldıqları təntənəli mükafatlandırma gecələrindən maraqlı təfərrüatı xatırlayıb.
Qaziler.az bu barədə "The Touchline" nəşrinə istinadən xəbər verir.
"Biz 15 il boyunca mükafatlandırma mərasimlərində eyni səhnəni bölüşdük və hər zaman bir-birimizlə əla yola gedirdik. Yaxşı xatırlayıram ki, aparıcıların və qonaqların ingiliscə dediklərini onun üçün necə tərcümə edirdim. Bu, həqiqətən də çox məzəli idi!
Leo mənə hər zaman böyük hörmətlə yanaşıb. Əlbəttə ki, o, öz klubunun maraqlarını qoruyurdu, mən isə öz klubumun rənglərini müdafiə edirdim. O, öz milli komandası üçün vuruşurdu, mən də öz millim üçün. Lakin bu, yalnız sağlam idman rəqabəti idi. Əminəm ki, bütün bu illər ərzində biz bir-birimizi daim inkişaf etməyə və böyüməyə həvəsləndirmişik", - deyə Ronaldo vurğulayıb.
Oxu.az

